TDT XİN başçıları Naxçıvana hücumu qəti şəkildə pisləyiblər
Türk Dövlətləri Təşkilatına (TDT) Üzv Dövlətlərin xarici işlər nazirləri Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən hücumları qətiyyətlə pislədilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatına (TDT) Üzv Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında bildirilib.
Qeyd olunub ki, nazirlər Yaxın Şərqdə son zamanlar artan zorakılıq və onun dağıdıcı nəticələri ilə bağlı dərin narahatlıqlarını ifadə etdilər.
Onlar günahsız insanların həyatını təhlükəyə atan və bölgədə sabitliyi pozan bütün hərəkətləri pislədilər.
https://crossmedia.az/az/article/73012
21:54 07.03.2026
Oxunuş sayı: 369