Tehranın yeni Türkiyə strategiyası

İran hökuməti Əfqanıstan qaçqınlarını İraq və Türkiyə ilə sərhədlər vasitəsilə kütləvi şəkildə ölkədən çıxarmağı planlaşdırır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Bu addım, nəşrin yazdığına əsasən, BMT sanksiyalarının bərpası və İranın nüvə obyektlərinə mümkün hücumlar fonunda Tehranın daha aqressiv strategiyasının bir hissəsidir.
Hazırda İranda 2 milyondan çox əfqan qaçqını yaşayır və onların böyük hissəsi qanunsuz statusda sayılır.
Məlumata görə, təkcə 2025-ci ildə təxminən 1 milyon əfqan vətəninə geri göndərilib. İsrailin iyun ayında İran obyektlərinə hücumlarından sonra isə qaçqınların deportasiyası daha da sürətlənib.
10:51 05.10.2025
Oxunuş sayı: 2582