Tbilisi meri Kaxa Kaladze: “Seçkilərin nəticəsi Avropa bürokratlarının aqressiv siyasətinə cavabdır”

Tbilisi meri Kaxa Kaladze bildirib ki, keçirilən seçkilərin nəticələri Avropa bürokratlarının aqressiv siyasətinə cavabdır.
Crossmedia.az xəbər verir ki,Kaladze çıxışı zamanı vurğulayıb: “Gürcüstanda baş verən bütün bədbəxtliklər xaricdən idarə olunan proseslərdir. Avropa tərəfdaşları zorakılığı qızışdırır, cəmiyyətdə parçalanmanı dərinləşdirir və təxribatçıları dəstəkləyirlər”.
Məlumata görə, səslərin 99,5 faizinin hesablanmasından sonra Kaladze Tbilisi meri seçkilərində 71,59 faiz səs toplayıb.
23:22 04.10.2025
Oxunuş sayı: 2695