Orban Avropa İttifaqını və Rusiyanı danışıqlara çağırıb

Macarıstanın baş naziri Viktor Orban Hetek jurnalına verdiyi müsahibədə Avropa İttifaqı və Rusiya ilə gələcək Avropa təhlükəsizlik sistemi ilə bağlı danışıqlar aparmağı təklif edib.
Crossmedia.az xəbər verir ki, Orban bu danışıqların məqsədinin Ukrayna məsələsi ilə məhdudlaşmadığını, daha geniş təhlükəsizlik məsələlərinə həsr olunacağını bildirib.
“Biz Ukrayna barədə danışıqlar aparmamalıyıq: bu vacibdir, amma ən əsas məsələ deyil,” – Orban əlavə edib.
23:01 04.10.2025
Oxunuş sayı: 2655