Tramp Türkiyə, Qətər və digər ölkələrə təşəkkür edib

ABŞ Prezidenti Donald Tramp paylaşımında Qəzzada atəşkəs prosesinə töhfə verən Türkiyə, Qətər və digər ölkələrə təşəkkür edib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Tramp vurğulayıb ki, HƏMAS-ın davamlı sülhə can atdığına inanır və İsrail girovların azad olunması üçün Qəzzaya qarşı bombardmanı dərhal dayandırmalıdır. O, həmçinin HƏMAS-ın cavabını da yüksək qiymətləndirib.
“Bu prosesi sona çatdırmaqda mənə yardım edən ölkələrə təşəkkür etmək istəyirəm: Qətər, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, İordaniya və digər ölkələr. Bu gün əlamətdar gündür, görəcəyik hər şey necə bitəcək. Son sözlər konkret olmalıdır,” – deyə Tramp Qəzzada atəşkəs planına dair sosial şəbəkə X-də yayımladığı videomüraciətdə bildirib.
Tramp girovların tezliklə azad ediləcəyinə və evlərinə qayıdacaqlarına ümid etdiyini söyləyib:
“Buna görə sizə demək istədiyim budur: bu gün bir çox baxımdan çox xüsusi, bəlkə də misilsiz bir gündür. Bizə dəstək verən böyük ölkələrə də təşəkkür edirəm. Hər kəs bu müharibənin bitməsini və Yaxın Şərqdə sülhün bərqərar olmasını istəyirdi. Biz bu məqsədə çox yaxınlaşmışıq.”
Səbiyyə Zayirova
13:45 04.10.2025
Oxunuş sayı: 3038