Yaponiyada ilk dəfə qadın baş nazir təyin oluna bilər

Yaponiyada tarixdə ilk dəfə qadın baş nazir təyin oluna bilər. Hakim partiyanın rəhbəri postuna Sanae Takaiti seçilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Baş nazir seçkilərinin oktyabrın ortalarında keçirilməsi planlaşdırılır.
"The Washington Post" Takaitini “şahin” adlandırır. O hesab edir ki, Yaponiya artıq hərbi keçmişi üçün üzr istəməməlidir. Məqalədə bildirilir ki, o, ölkənin müdafiə potensialının artırılmasının tərəfdarıdır. Habelə fövqəladə vəziyyət halında ABŞ-ın nüvə silahından Yaponiyada istifadə edilməsinə dair debatların keçirilməsində israr edib.
Takaiti 2022-ci ildə Rusiyanın cavab sanksiya siyahısına salınıb.
Yaponiya baş naziri Şigeru İsiba isə daha əvvəl, hakim partiyada parçalanmanın qarşısını almaq üçün istefa verəcəyini açıqlamışdı. İsibanın rəhbərliyi dövründə partiya parlamentin hər iki palatasında əksəriyyəti itirmişdi.
Səbiyyə Zayirova
13:29 04.10.2025
Oxunuş sayı: 3020