İsraillə əlaqədə ittiham olunan altı nəfər edam edilib

İranda İsraillə əlaqədə ittiham olunan altı nəfər edam edilib.
Crossmedia.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, onlardan biri din xadimini öldürməkdə təqsirləndirilən kürd silahlısıdır.
Məlumata görə, təqsirləndirilən şəxslər dörd təhlükəsizlik əməkdaşının qətlində və Xorrəmşəhr şəhərində baş vermiş partlayış da daxil olmaqla bir neçə zorakılıq aktına görə məsuliyyəti öz üzərlərinə götürüblər.
Səbiyyə Zayirova
09:59 04.10.2025
Oxunuş sayı: 2794