Danimarka: Rus hərbi gəmiləri ilə bağlı insidentlər qeydə alınıb

Danimarka hakimiyyəti ölkənin boğazlarında Rusiya hərbi gəmilərinin iştirakı ilə bir neçə insidentin baş verdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Krallığın Hərbi Kəşfiyyat Xidmətinin rəhbəri Tomas Arenkil mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bu hallar Rusiyanın “hibrid müharibə” apardığını göstərir.
“Biz bir neçə dəfə Rusiya hərbi gəmilərinin Danimarka gəmiləri ilə toqquşma kursuna çıxdığını müşahidə etmişik”, – Arenkil bildirib.
Danimarka kəşfiyyatı hesab edir ki, ölkəyə qarşı birbaşa hücum riski yoxdur, lakin silahlı qüvvələrə qarşı diversiya təhlükəsi yüksək olaraq qalır.
“Hibrid fəaliyyətlər NATO-nun siyasi birliyini və qərarvermə imkanlarını zəiflətmək üçün istifadə olunur. Bu, artıq yaşadığımız yeni reallığın bir hissəsidir”, – deyə ölkənin müdafiə naziri Troels Lund Poulsen qeyd edib.
Arenkil həmçinin vurğulayıb ki, Danimarkada müşahidə olunan pilotsuz uçuş aparatları ilə bağlı insidentlərin araşdırılması hələ davam edir:
“Biz hələ də onların nə olduğunu dəqiq müəyyən edə bilmirik”, – deyə o əlavə edib.
Xumar Emilqızı
21:35 03.10.2025
Oxunuş sayı: 639