İran mollası: “Heç kim uranı zənginləşdirmək məsələmizə qarışmamalıdır”

Bu gün Tehranın cümə imamı Əhməd Xatəmi namaz xütbələrində İranın uranın zənginləşdirilməsi və müdafiə potensialı ilə bağlı səsləndirilən tənqidi mövqeyi kəskin pisləyib.
O, Xameneyinin fikirlərinə istinad edərək bildirib: “Heç kimin İranın uranı zənginləşdirməməli olduğunu deməyə haqqı yoxdur. Bu baxış alçaldıcıdır və İslam Respublikası bunu heç vaxt qəbul etməyəcək”.
Crossmedia.az xəbər verir ki,Hatəmi deyib ki, bəzi dairələr İranın zənginləşdirməyə ehtiyacı olmadığını bildirir, ancaq belə mövqe ölkənin təhlükəsizliyinin zəifləməsinə yol açacaq. O, ölkənin uzun və qısamənzilli raketləri və digər müdafiə vasitələrindən imtinanın təhlükəli olduğunu vurğulayıb.
21:30 03.10.2025
Oxunuş sayı: 818