İran və Ermənistan media sahəsində əməkdaşlığı genişləndirir

IRNA xəbər agentliyi Ermənistan mediası ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb. Crossmedia.az xəbər verir ki,IRNA-nın baş direktoru Hüseyn Caberi Ənsari və İran nümayəndə heyəti Ermənistanın Milli Radiosunun müxtəlif şöbələrinə baş çəkib.
Görüş zamanı Caberi Ənsari bildirib ki, İran və Ermənistan arasındakı münasibətlər tarixi xarakter daşıyır və media bu əlaqələri əks etdirməlidir.
O, birinci əldən mənbələrdən istifadəni vacib hesab etdiyini vurğulayıb və əlavə edib ki, agentlik xəbər mübadiləsi və digər sahələrdə Ermənistanın Milli Radiosu ilə əməkdaşlıq etməyə hazırdır.
21:22 03.10.2025
Oxunuş sayı: 806