Peşə tanınması imtahanında 52 nəfər keçid balını toplayıb

29 sentyabr 2025-ci il tarixində DİM tərəfindən keçirilmiş imtahanda iştirak etmək üçün 186 nəfər namizəd qeydiyyatdan keçib, bunlardan 144 nəfəri imtahanda iştirak edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.
Bildirilib ki, bunlardan yalnız 52 nəfəri keçid balını toplayıb.14 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 36% təşkil edib.
17:30 03.10.2025
Oxunuş sayı: 3051