"Nvidia"nın üç rəhbəri milyarder statusunu itirib
ABŞ-nin texnologiya nəhəngi "Nvidia"nın səhmlərinin kəskin ucuzlaşması nəticəsində şirkətin müvəqqəti baş icraçı direktoru Kolet Kress də daxil olmaqla üç nəfər milyarder statusunu itirib.
Crossmedia.az xəbər verir ki, "Forbes" jurnalı bu barədə məlumat yayıb.
Məlumata görə, şirkətin təsisçisi Censen Huanın baş icraçı direktor vəzifəsindən istefasından sonra səhmlərin dəyərində ciddi azalma qeydə alınıb.
Nəticədə "Nvidia"nın müvəqqəti rəhbəri Kolet Kress, keçmiş vitse-prezidenti Cey Puri və direktorlar şurasının üzvü Bruk Sivelin sərvəti bir milyard dollardan aşağı düşüb.
"Forbes"in hesablamalarına əsasən, onların hər birinin sərvəti təxminən 900 milyon dollar təşkil edir. Bu, oktyabrın 6-da qeydə alınmış maksimum göstəricilərlə müqayisədə hər biri üçün 300 milyon dollarlıq azalma deməkdir.
Şirkətin səhmləri oktyabr ayındakı rekord səviyyəsindən noyabrın 12-dək 31% ucuzlaşıb.
Censen Huanın şəxsi sərvəti isə təxminən 62 milyard dollar azalaraq 145 milyard dollara enib.
Ümumilikdə, "Nvidia" ilə əlaqəli yeddi milyarder və keçmiş milyarderin sərvətində təxminən 68 milyard dollarlıq azalma qeydə alınıb.
Qeyd edək ki, noyabrın 12-də Huanın istefasından sonra "Nvidia"nın maliyyə direktoru Kolet Kress müvəqqəti baş icraçı direktor təyin olunub.
10:04 16.11.2026
Oxunuş sayı: 115