Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulacaq
Azərbaycan Basketbol Liqasında VII tura bu gün yekun vurulacaq.
Crossmedia.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.
Saat 19:00-da NTD "Naxçıvan"la, "Sumqayıt" "Ordu" ilə üz-üzə gələcək.
Oyunlar müvafiq olaraq Bakı İdman Sarayı və Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq.
Xatırladaq ki, VII turun əvvəlki oyunlarında "Sabah" "Neftçi"ni (93:78), "LANDAU Lions" "Gəncə"ni (85:62) məğlub edib.
09:49 16.11.2026
Oxunuş sayı: 99