Rusiya XİN: Əbu-Dabi danışıqlarında irəliləyiş əldə olunub
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Əbu-Dabidə keçirilən danışıqların nəticəsində tərəflər arasında irəliləyiş əldə olunduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
“Əbu-Dabidəki danışıqların yekunlarına əsasən, tərəflər irəliləyiş əldə ediblər. Bu, danılmaz faktdır”, – deyə Ryabkov vurğulayıb.
Diplomatın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin amerikalı nümayəndələrə Moskvanın mövqeyini açıqlayacaq.
Ryabkov bildirib ki, bundan sonra ABŞ Avropadakı tərəfdaşlarını mövqelərinə yenidən baxmağa inandırmalı olacaq.
Nazir müavini Avropa ölkələrinin hələlik mövqelərini dəyişmək niyyətində olmadığını iddia edib.
“Avropalılar hələ də sağlam düşüncəni rəhbər tutmağa ən kiçik istək belə göstərmirlər və Kiyevi qeyd-şərtsiz dəstəkləməyə davam edirlər”, – deyə o bildirib.
14:56 12.11.2026
Oxunuş sayı: 37