Zelenskidən “Starshield”lə bağlı ciddi AÇIQLAMA
Ukrayna Prezidenti Volodimir Zelenski ölkə ərazisində, o cümlədən cəbhə xəttində “Starshield” peyk rabitə sisteminin fəaliyyətində ciddi məhdudiyyətlərin qeydə alındığını bildirib.
Crossmedia.az xəbər verir ki, Ukrayna mediası bu barədə məlumat yayıb.
Prezidentin sözlərinə görə, Ukrayna hərbi bölmələri bir neçə gün ərzində cəbhə xətti boyunca və müvəqqəti işğal olunmuş ərazilərdə rabitə sisteminin işində fasilələr müşahidə ediblər.
“Təəssüf ki, artıq bir neçə gündür bölmələrimiz Ukrayna ərazisində, bütün cəbhə xətti boyunca və müvəqqəti işğal olunmuş ərazilərdə “Starshield” sisteminin fəaliyyətində ciddi pozuntular qeydə alır”, – deyə Zelenski bildirib.
O qeyd edib ki, sistemin hərəkət sürəti ilə bağlı məhdudiyyətləri saatda 161 kilometr həddində müəyyən edilib.
Zelenskinin sözlərinə görə, Ukrayna hərbçiləri problemin səbəblərini araşdıraraq bunun təsadüfi texniki nasazlıq deyil, sistemli məhdudiyyət olduğu qənaətinə gəliblər.
Məhdudiyyətlərin hərbi logistika və pilotsuz uçuş aparatlarının istifadəsinə mənfi təsir göstərdiyi bildirilib.
13:40 12.11.2026
Oxunuş sayı: 28