Burun axması diş ağrısına səbəb ola bilər
Burun axması və sinusların iltihabı yalnız tənəffüs yollarında narahatlıq yaratmır, həm də diş ağrısına və ağızdan xoşagəlməz qoxunun gəlməsinə səbəb ola bilər.
Crossmedia.az xəbər verir ki, “Daily Mirror” bu barədə məlumat yayıb.
Mütəxəssisin sözlərinə görə, sinusit zamanı burunətrafı ciblərdə toplanan selik udlağın arxa divarı boyunca axaraq qıcıqlanmaya və öskürək tutmalarına səbəb ola bilər.
Bu vəziyyət ağızda xoşagəlməz dadın və qoxunun yaranmasına da gətirib çıxara bilər.
Reyçel Cons bildirib ki, burun tutulması səbəbindən insanlar daha çox ağızla nəfəs almağa məcbur qalırlar. Nəticədə ağız boşluğunda quruluq yaranır və xoşagəlməz qoxu daha da güclənə bilər.
Mütəxəssis sinusitin az bilinən əlamətlərindən birinin də yuxarı çənədəki azı dişlərində ağrı olduğunu qeyd edib.
Onun sözlərinə görə, üst çənə cibləri həmin dişlərin köklərinə yaxın yerləşdiyindən sinuslarda yaranan iltihab və təzyiq diş ağrısına bənzər hisslər yarada bilər.
13:30 12.11.2026
Oxunuş sayı: 191