İsrailin müdafiə naziri: Heç kimin razılığına ehtiyacımız yoxdur
İsrailin müdafiə naziri İsrael Kats ölkə ordusuna hərbi əməliyyatlar keçirmək barədə göstəriş verilməsi üçün müxalifətin razılığının tələb olunmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, “The Jerusalem Post” bu barədə məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələrinə (IDF) hərəkətə keçmək barədə göstəriş vermək üçün müxalifətin və ya hər hansı hüquqi qurumun razılığına ehtiyacımız yoxdur”, – deyə nazir vurğulayıb.
Kats bu açıqlamanı müxalifət nümayəndələrinin seçkilərdən sonra keçid dövründə hökumətin hərbi səlahiyyətləri ilə bağlı iradlarına cavab olaraq verib.
Nazir Qəzza, Livan, Suriya və İordan çayının qərb sahilində hədəfli hərbi əməliyyatların həyata keçirilməsinə toxunub.
O, həmçinin İranla bağlı qərarların ordu ilə koordinasiyalı şəkildə qəbul edildiyini və zərurət yarandıqda bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini bildirib.
12:16 12.11.2026
Oxunuş sayı: 44