Çindən ABŞ-yə sərt ittiham: Casusluq bəhanəsinə son qoyun
Çin Xarici İşlər Nazirliyi ABŞ-ni texnologiya sahəsində məhdudiyyətlər tətbiq etmək məqsədilə Çin casusluğu ilə bağlı iddialar irəli sürməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi bu barədə açıqlama yayıb.
Nazirlik Vaşinqtonu Çinlə bağlı casusluq iddialarından texnoloji məhdudiyyətlərə bəraət qazandırmaq üçün istifadə etməməyə çağırıb.
“ABŞ texnologiya məhdudiyyətləri tətbiq etmək üçün bəhanə kimi istifadə etdiyi qondarma Çin casusluğu barədə iddialar irəli sürməyi dayandırmalıdır”, – deyə açıqlamada bildirilib.
Çin Xarici İşlər Nazirliyi ölkənin elmi və texnoloji inkişafının müstəqil innovasiyalara və açıq beynəlxalq əməkdaşlığa əsaslandığını vurğulayıb.
“Çinin elmi tərəqqisi müstəqil innovasiyalara və açıq əməkdaşlığa söykənir”, – deyə nazirlik qeyd edib.
12:23 12.11.2026
Oxunuş sayı: 41