“Beşiktaş” Avroliqada sabah “LDLC ASVEL”lə qarşılaşacaq
Türkiyənin “Beşiktaş” basketbol klubu Avroliqanın (EuroLeague) XI turunda Fransanın “LDLC ASVEL” komandasının qonağı olacaq.
Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyi bu barədə məlumat yayıb.
Noyabrın 13-də Fransadakı “LDLC Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
“Beşiktaş” turnirdə indiyədək keçirdiyi 10 oyunun dördündə qalib gəlib, altısında isə məğlub olub. Türkiyə təmsilçisi XI tur ərəfəsində turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, bu qarşılaşma Avroliqanın XI turunun son oyunu olacaq.
12:48 12.11.2026
Oxunuş sayı: 31