Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
Avropa İttifaqı (Aİ) noyabrın 16-da Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etməyi planlaşdırır. Məhdudiyyətlərin təxminən 150 fiziki şəxsi və 50 bankı əhatə edəcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, Fransanın “LCI” telekanalı bu barədə məlumat yayıb.
Fransanın Xarici İşlər Nazirliyi yanında Avropa məsələləri üzrə nazir Benjamin Addad bildirib ki, yeni sanksiyalar paketinin gələn həftənin bazar ertəsi qəbul edilməsi nəzərdə tutulur.
“Bazar ertəsi Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcəyik”, – deyə fransalı diplomat vurğulayıb.
Onun sözlərinə görə, sanksiya siyahısına təxminən 150 fiziki şəxsin və 50 bankın daxil edilməsi planlaşdırılır.
Addad qeyd edib ki, yeni məhdudlaşdırıcı tədbirlərlə bağlı təkliflərin əhəmiyyətli hissəsi Fransa tərəfindən irəli sürülüb.
Qeyd edək ki, Rusiya tərəfi daha əvvəl dəfələrlə Avropa İttifaqının sanksiya siyasətinin Rusiya-Ukrayna münaqişəsinin həllinə töhfə vermədiyini bəyan edib.
13:52 12.11.2026
Oxunuş sayı: 35