Pakistandan su ehtiyatlarının siyasi təzyiq vasitəsinə çevrilməsinə etiraz
Pakistanın Baş naziri Şahbaz Şərif su ehtiyatlarından siyasi təzyiq vasitəsi kimi istifadə edilməsinin yolverilməz olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Pakistanın Baş naziri bu barədə açıqlama verib.
“Su heç vaxt silaha çevrilməməlidir”, – deyə Şahbaz Şərif vurğulayıb.
Baş nazir qeyd edib ki, transsərhəd su ehtiyatlarından istifadə zamanı çayların aşağı axınında yerləşən ölkələrin əhalisinin təhlükəsizliyi və yaşayış şəraiti nəzərə alınmalıdır.
“Heç bir ölkəyə aşağı axında yaşayan insanların həyatını və dolanışıq imkanlarını təhlükə altına qoymağa icazə verilməməlidir”, – deyə o bildirib.
Şahbaz Şərifin sözlərinə görə, su ehtiyatları ilə bağlı qərarlar insanların həyatına və rifahına təhlükə yaratmamalıdır.
13:59 12.11.2026
Oxunuş sayı: 35