Acun Ilıcalı Çempionlar Liqasının yayım hüquqlarını alıb? - İDDİA
UEFA Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və UEFA Superkubokunun Türkiyədə yayım hüquqlarının 2027/2028 mövsümündən etibarən dörd illik müddətə Acun Ilıcalının sahibi olduğu “Exxen” platformasına keçdiyi iddia edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Asist Analiz” nəşri məlumat yayıb.
Məlumata görə, Avropa kuboklarının yayım hüquqları “Exxen” və “Tivibu” əməkdaşlığı çərçivəsində dörd illik müddətə əldə edilib.
İddia olunur ki, müqavilənin illik dəyəri 82 milyon avro, ümumi məbləği isə 328 milyon avro təşkil edir.
Yeni yayım dövrünün 2027/2028 mövsümündən başlayaraq 2030/2031 mövsümünün sonunadək davam edəcəyi bildirilir.
Hazırda sözügedən turnirlərin Türkiyədə yayım hüquqları “TRT”yə məxsusdur. Mövcud müqavilənin müddəti 2026/2027 mövsümünün sonunda başa çatacaq.
Qeyd edək ki, “Exxen” daha əvvəl 2021–2024-cü illərdə UEFA-nın klub turnirlərinin Türkiyədə yayımını həyata keçirib.
Yeni müqavilə ilə bağlı UEFA və “Exxen” tərəfindən rəsmi təsdiq barədə məlumat yoxdur.
14:06 12.11.2026
Oxunuş sayı: 32