SEPAH Türkiyə sərhədi yaxınlığını bombalayıb?
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ölkənin Kürdüstan əyalətində yerləşən Mərivan şəhərinin sərhəd ərazilərinə pilotsuz uçuş aparatları (PUA) və ağır artilleriya vasitəsilə zərbələr endirdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, Türkiyə mediası bu barədə məlumat yayıb.
Məlumata görə, Türkiyə sərhədinə yaxın ərazilərdə həyata keçirilən hücumlar nəticəsində kənd təsərrüfatı sahələrinə və meyvə bağlarına ciddi ziyan dəyib.
Hadisə SEPAH ilə Kürdüstan Azad Həyat Partiyası (PJAK) arasında gərginliyin artması fonunda baş verib.
Hücumlar nəticəsində ölən və ya yaralananların olub-olmaması barədə hələlik məlumat verilməyib.
Zərbələrin nəticələri və dəymiş ziyanın miqyası barədə əlavə təfərrüatlar açıqlanmayıb.
14:04 12.11.2026
Oxunuş sayı: 49