ABŞ nümayəndələri Putinlə görüşmək üçün Kremlə gəliblər
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər ediblər.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Noyabrın 12-də Moskvaya çatan ABŞ nümayəndələrini Vnukovo hava limanında Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
Səfərin əsas məqsədi Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində danışıqları davam etdirməkdir.
Görüş noyabrın 10–11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə ABŞ-nin vasitəçiliyi ilə keçirilmiş üçtərəfli danışıqlardan sonra baş tutur.
Əbu-Dabi danışıqlarında hərbi əsirlərin növbəti mübadiləsi ilə bağlı razılıq əldə olunsa da, müharibənin başa çatdırılması istiqamətində ciddi irəliləyiş qeydə alınmayıb.
Tərəflər arasında əsas fikir ayrılıqları ərazi məsələləri və Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri ilə bağlıdır.
Məlumata görə, ABŞ nümayəndələri Putinlə görüşdən sonra İrlandiyanın paytaxtı Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə də danışıqlar aparmağı planlaşdırırlar.
14:29 12.11.2026
Oxunuş sayı: 46