“Trabzonspor” 26 ildən sonra rekordunu təkrarlayıb
Türkiyənin “Trabzonspor” futbol klubu 2026/2027 mövsümündə evdə keçirdiyi ilk beş çempionat oyununda qalib gələrək 26 il əvvəlki uğurunu təkrarlayıb.
Crossmedia.az xəbər verir ki, Türkiyə mediası bu barədə məlumat yayıb.
Trabzon təmsilçisi yeni mövsümdə doğma meydanda keçirdiyi ilk beş Superliqa qarşılaşmasının hamısından qələbə ilə ayrılıb.
Bununla da “Trabzonspor” 2000/2001 mövsümündən sonra ilk dəfə çempionata öz meydanında ardıcıl beş qələbə ilə başlayıb.
Klubun 26 ildən sonra eyni nəticəyə nail olması komandanın cari mövsümdəki ev oyunları performansının diqqətçəkən göstəricilərindən biri olub.
14:32 12.11.2026
Oxunuş sayı: 41