Nyu-Yorkda üçmərtəbəli bina çöküb: Ölən və yaralananlar var
ABŞ-nin Nyu-York şəhərində üçmərtəbəli binanın çökməsi nəticəsində 2 nəfər ölüb, 17 nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Hadisə noyabrın 11-də Bruklinin Fletbuş rayonunda baş verib. Yaşayış binası qonşuluqdakı tikinti sahəsinə doğru çöküb.
Nyu-York meri Zohran Mamdani hadisə nəticəsində iki nəfərin həyatını itirdiyini, çoxsaylı şəxsin xəsarət aldığını açıqlayıb.
Şəhərin Yanğından Mühafizə Xidmətinin məlumatına görə, hadisə zamanı ümumilikdə 19 nəfər zərər çəkib. Onlardan ikisi həyatını itirib, dördünün vəziyyəti ağırdır. Zərərçəkənlər arasında yeddi uşaq da var.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Dağıntılar altında qalan şəxslərin axtarışı davam etdirilir.
İlkin məlumatlara əsasən, binanın yaxınlığında qazıntı işləri aparılıb. Lakin çökmənin həmin işlərlə əlaqəli olub-olmadığı hələ müəyyənləşdirilməyib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
14:52 12.11.2026
Oxunuş sayı: 36