Gürcüstanda Azərbaycan türklərinin tarixi irsi necə məhv edilib və edilir
Qaxda Alban kilsəsini gürcü mədəniyyəti və dininin bir hissəsi hesab edənlər bizlərə məxus tarixi mədəni irsmizi necə məhv ediblər.
1. Sarı kilsə əsrə aid gənc oğlan qəbri. Sinə daşında qədim türkcə "Kəpənəkçi xaqanın oğlu gənc, Kəpənəkçi çayında boğulub öldü" yazısı mövcud olub.
2. Qoçdu kilsə V əsrə aid abidədir. Ətrafında yüzlərlə qoç heykəlli qəbir daşları olub. Qoç heykəlləri maşınlarla daşınaraq yox edilib, kilsə isə təmir olunaraq gürcü keşişinə verilib.
3. Bolnisi Siyonu V əsrə aid əzəmətli bazilika. Ətrafında qədim türk qoç heykəlləri yerləşib. Üzərindəki məşhur "Bolnisi xaçı" Albaniyanın erkən xristian xaçları ilə eynidir.
4. Yazılı kilsə Qədim epiqrafik yazılara və alban-qıpçaq memarlıq üslubuna malikdir. Yaxşı təmir edilib, içərisinə gürcü keşişi yerləşdirilib.
5. Kilsəli Qədim kilsə və böyük türk-alban qəbiristanlığı yerləşir. Təmir edilərək gürcü kilsəsinə çevrilib.
6. Cinni binə İçərisi bəzəkli kiçik kilsədir. Ətrafında əlləri çarpazlaşmış insan fiqurlu qəbir daşları var. Gürcü kilsəsi kimi istifadə olunur, keşiş yerləşdirilib.
7. Port-port kilsəsi Ətrafında əli çarpazlaşmış daş və qoç heykəlləri olub. Qoç heykəlləri yox edilib, içində gürcü keşişi fəaliyyət göstərir.
8. Saray yerindəki Yazılı kilsə Qapısında gürcü dilində olmayan qədim kitabə mövcuddur. Ətrafı qəbiristanlıqdır və gürcüləşdirilməyə məruz qalır.
9. Abdal dalasi V-VI əsrlərə aiddir. Qapısının üstündə 2 metrlik qədim türk yazısı olan nəhəng kitabə olub. 1955-ci ildə Tiflisdən gələn briqada tərəfindən daş sökülərək gizli şəkildə aparılıb.
10. Dmanisi (Başkeçid) qalası Tarixi qala daxilində qədim türk izləri daşıyan kitabə olub. Kitabə sonradan yoxa çıxarılıb.
11. Şəmşoğlu kənd kilsələri Xaçların üzərində buta şəkilləri həkk olunub. Yararlı haldadır, lakin gürcü kilsəsi buta təsvirlərini məhv etməyə çalışır.
12. Səkkiz ayaq kilsəsi Şəmşoğlu kilsəsinə bənzər memarlıq elementlərinə malikdir. Sağ-salamatdır, lakin gürcü irsi kimi təqdim olunur.
13. Darbiz və Gülöyür kilsəsi Çar Rusiyasına qədər ətrafdakı yerli müsəlman/türk əhalinin and yeri, ziyarətgahı olub. Salamat qalıb, ətrafında yalnız azərbaycanlılar yaşayır.
14. Ağca qala Qazan xan və Ağqoyunlu hökmdarlarının yurdu olub. İçində "Ağ Pir" adlı ərəb yazılı, çini saxsılı möhtəşəm türk türbəsi olub.
15. Şeyx Sənan türbəsi Hüseyn Cavidin ziyarət etdiyi, sufi şeyxi Sənana aid tarixi türbədir. Baxımsızlıqdan tamamilə dağıdılaraq xarabalığa çevrilib.
16. Yıl (Yel) baba dağı Zirvəsində türk övliyası Zülqədərə aid qədim ziyarətgah olub. Yerli türklər və yunanlar buranı ziyarət edirdilər. Gürcüstan hökuməti qəbrin üstündə böyük gürcü kilsəsi tikib və abidəni ortaq ziyarətgaha çevirib.
17. Quzey kilsəsi meşəsi 1980-ci ildə yol çəkilərkən tapılmış, 3 metrlik dördkünc və hər tərəfi yazılı qayadır. Tiflisdən gələn mütəxəssislərin əmri ilə buldozerçi tərəfindən basdırılaraq gizlədilib.
18. Lök dağı abidələri Başkeçid (Dmanisi) rayonu ərazisində yerləşir. Qədim tunc və dəmir dövrünə aid kurqanlar, eləcə də orta əsrlərə aid türk tayfalarının izlərini daşıyan qəbiristanlıqlar mövcuddur. Zamanla təbii aşınmaya məruz qalıb, ətrafdakı qədim daş kitabələr və nişanələr tam qorunmasa da, arxeoloji baxımdan mühüm potensiala malikdir.
19. Sadaxlı qədim qəbiristanlığı və kurqanlar Sadaxlı kəndi yaxınlığında yerləşir. Böyük bir qıpçaq-oğuz məzarlığı və qədim kurqan örtükləri olub. Üzərində qədim tamgalar və işarələr olan baş daşları qeydə alınıb. Tikinti və təsərrüfat işləri zamanı bir çox qədim daşlar dağıdılıb, bəzi hissələri isə baxımsız və tədqiq edilməmiş qalıb.
20. Qızılhacılı körpüsü və qədim yaşayış yeri Marneuli rayonunun Qızılhacılı kəndində yerləşir. Orta əsr memarlıq üslubuna malik karvansara və körpü qalıqları mövcuddur ki, bunlar da bölgənin ticarət və köç yolunda mühüm məntəqə olduğunu göstərən türk-islam izləridir. Tarixi siması zamanla qismən dəyişdirilib, ətrafdakı bəzi qədim tikinti qalıqları isə məhv olub.
Prof.Dr.Zaur Aliyev
17:30 30.09.2026
Oxunuş sayı: 37