Ukrayna Azərbaycan sərmayələrinə arxayındır
Ukrayna Azərbaycan sərmayələrinin ölkəyə cəlb edilməsində maraqlı olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bu barədə məlumat verib.
Qusev bildirib ki, Kiyev birgə təşəbbüslərin həyata keçirilməsi üçün geniş imkanlar təklif etməyə hazırdır. Bu imkanlara bərpa və infrastruktur, energetika, logistika, kənd təsərrüfatı, sənaye və texnologiyalar daxildir.
Səfir Azərbaycan biznesinin Ukraynanın bərpası və uzunmüddətli iqtisadi layihələrdə iştirakına marağın olduğunu vurğulayıb.
21:13 25.09.2026
Oxunuş sayı: 41