Rusiya və ABŞ arasında Ukrayna üzrə danışıqların detalları açıqlanıb
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə görüşdə Moskvanın Ukraynadakı münaqişənin siyasi-diplomatik yolla nizamlanmasına və xüsusi hərbi əməliyyatın qarşıya qoyduğu məqsədlərə nail olunmasına sadiqliyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilən görüşdə tərəflər Ukrayna üzrə nizamlanma məsələsini müzakirə ediblər. Rusiya XİN-in məlumatına görə, Lavrov Kiyev və Avropa ölkələri arasında koordinasiyanı, həmçinin Ukraynanın mülki əhali və sərhədyanı infrastruktura zərbələri ilə bağlı Moskvanın narahatlığını diqqətə çatdırıb.
Görüşdə Yaxın Şərq, Cənubi Qafqaz, Latın Amerikası və Karib hövzəsindəki vəziyyət, eləcə də “Böyük iyirmilik”in (G20) qarşıdakı tədbirlərinə hazırlıq məsələləri də müzakirə olunub.
Rusiya tərəfi həmçinin iki ölkə prezidentlərinin əldə etdiyi razılaşmalar əsasında Moskva və Vaşinqton arasında ikitərəfli münasibətlərin mümkün qədər tez normallaşdırılmasının vacibliyini vurğulayıb.
22:59 23.09.2026
Oxunuş sayı: 46