Avropalı diplomat BMT-də çıxışı zamanı ölkələrin adını qarışdırıb
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas BMT Təhlükəsizlik Şurasının iclası öncəsi çıxışında Monako ilə Mərakeşin adını qarışdırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Ria novosti” məlumat yayıb.
Kallas Ukrayna ilə bağlı bəyanatı dəstəkləyən ölkələri sadalayarkən Monakonu Mərakeş adlandırıb. Daha sonra səhvini düzəldərək çıxışını davam etdirib.
Qeyd olunur ki, Kallas daha əvvəl də oxşar vəziyyətlə üzləşib. O, 2026-cı ilin yanvarında Almaniya Bundestaqının xarici siyasət komitəsinin sədri Armin Laşeti ölkənin müdafiə naziri Boris Pistoriusla səhv salmışdı.
22:17 23.09.2026
Oxunuş sayı: 46