Qara dənizdə gəmiçiliklə bağlı mühüm mesaj verildi
Ukrayna Qara dənizdə təhlükəsiz gəmiçiliyin təmin olunmasına və ərzaq ixracının bərpasına töhfə verməyə hazır olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Krım Platforması”nın VI sammitində bildirib.
O deyib ki, Ukrayna Qara dənizdə ərzaq dəhlizinin və dünya bazarları üçün vacib olan digər məhsulların ixracının təmin edilməsi istiqamətində iş aparır. Zelenski təhlükəsiz gəmiçilik üçün Kiyevin hazır olduğunu, lakin bunun Rusiyanın da deeskalasiya istiqamətində real addımlar atmasından asılı olduğunu vurğulayıb.
20:45 23.09.2026
Oxunuş sayı: 39