Britaniyada hərbi təyyarə qəzası baş verdi
Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus “Hawk T2” təlim təyyarəsi Uelsdəki “RAF Valley” aviabazasından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
Crossmedia.az xəbər verir ki, hadisə Anqlsi adasında baş verib.
Təyyarədəki hər iki ekipaj üzvü qəza zamanı katapultla təyyarəni tərk edib. İlkin məlumata görə, hər iki pilot yüngül xəsarət alıb və tibbi yardım göstərilir. Hadisə ilə bağlı araşdırma başlanıb.
19:10 23.09.2026
Oxunuş sayı: 39