Mənzil almaq istəyənlər üçün yeni faiz proqnozu açıqlanıb
Rusiyada bazar ipotekası üzrə faizlərin 2026-cı ilin sonuna qədər 15-16 faizə enə biləcəyi proqnozlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Dumasının Tikinti və Mənzil-Kommunal Təsərrüfatı Komitəsi sədrinin müavini Aleksandr Aksenenko “Gazeta.ru”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, inflyasiya, Rusiya Mərkəzi Bankının qərarları və ümumi iqtisadi vəziyyət faizlərin dinamikasına təsir göstərəcək.
Aksenenko qeyd edib ki, ipoteka faizlərinin azalması mənzil alışını avtomatik olaraq daha əlçatan etmir. Çünki eyni dövrdə mənzillərin qiyməti, kirayə xərcləri, ailələrin gəlirləri və əmanətlərin gəlirliliyi də dəyişə bilər.
18:03 23.09.2026
Oxunuş sayı: 44