Şanlıurfada qanunsuz əməliyyat: 37 nəfər saxlanıldı
Türkiyənin Şanlıurfa şəhərində qanunsuz mərc fəaliyyəti və çirkli pulların yuyulması ilə bağlı keçirilən əməliyyat zamanı 37 şübhəli saxlanılıb.
Crossmedia.az xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Şanlıurfa Polis İdarəsinin Kibercinayətlərlə Mübarizə Şöbəsi Şanlıurfa Baş Prokurorluğu və Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) koordinasiyası ilə araşdırma aparıb.
Araşdırma nəticəsində Şanlıurfa mərkəzli olmaqla Antalya, Balıkəsir və Hatay vilayətlərində əməliyyat keçirilib. Əməliyyatlar qanunsuz mərc və şans oyunlarının təşkili, cinayət məqsədilə təşkilat yaratma və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları üzrə həyata keçirilib.
Saxlanılan 37 şübhəlinin hesablarında ümumilikdə 3 milyard 915 milyon türk lirəsi həcmində pul hərəkəti olduğu müəyyənləşdirilib.
Araşdırma zamanı şübhəlilərin qanunsuz mərc oyunları təşkil etdiyi və bu fəaliyyət nəticəsində əldə olunan vəsaitlərin köçürülməsinə vasitəçilik etdiyi müəyyən edilib.
17:32 23.09.2026
Oxunuş sayı: 45