Maqdalena Andersson Aİ-ni Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə çağırıb
İsveçdə seçkilərdə qalib gələn müxalif sol blokun lideri və ölkənin gələcək baş naziri Maqdalena Andersson Avropa İttifaqını Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə məlumat yayıb.
Andersson Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilərək Ukraynaya dəstək üçün istifadə olunmasının tərəfdarı olduğunu bildirib.
“Onları götürün, istifadə edin”, - Andersson deyib.
Nəşrin məlumatına görə, son həftələrdə Almaniyanın rəhbərlik etdiyi bir qrup Aİ ölkəsi ötən ilin dekabrında razılığın əldə olunmamasından sonra məsələ ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Andersson Rusiyanın aktivlərinin böyük hissəsinin saxlanıldığı Belçikanın müsadirə ilə bağlı hüquqi narahatlıqlarına da münasibət bildirib. O, Belçikanı yaranan hüquqi məsələləri həll etməyə çağırıb.
Qeyd edək ki, Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi məsələsi Aİ ölkələri arasında müzakirə olunan mövzulardan biridir. Məsələnin hüquqi və maliyyə nəticələri ilə bağlı üzv dövlətlər arasında fikir ayrılıqları qalır.
14:47 23.09.2026
Oxunuş sayı: 39