Rusiyada seçkilərin ilkin nəticələri açıqlanıb
Crossmedia.az xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, protokolların 71,17 faizi hesablanıb.
Nəticələrə görə, “Vahid Rusiya” 57,53 faiz səslə ilk sırada qərarlaşıb. KPRF 14,00 faiz, LDPR 8,73 faiz, “Yeni İnsanlar” 7,97 faiz, “Ədalətli Rusiya” isə 5,03 faiz səs toplayıb.
Bildirilib ki, bunlar protokolların 71,17 faizinin işlənməsindən sonra açıqlanan ilkin nəticələrdir.
09:29 21.09.2026
Oxunuş sayı: 45