Rusiya parlament seçkilərində ilkin nəticələr açıqlanıb
Rusiyanın Mərkəzi Seçki Komissiyası Dövlət Dumasına seçkilərlə bağlı ilkin nəticələri açıqlayıb. Hesablanmış protokolların 20,4 faizi əsasında “Yedinaya Rossiya” 57,10 faiz səslə öndədir.
Crossmedia.az xəbər verir ki, Rusiyanın Mərkəzi Seçki Komissiyası bu barədə məlumat yayıb.
İlkin nəticələrə görə, Kommunist Partiyası 14,01 faiz səslə ikinci, Liberal Demokrat Partiyası 9,32 faizlə üçüncü yerdədir. “Novıye lyudi” 7,93 faiz, “Spravedlivaya Rossiya” isə 5,13 faiz səs toplayıb.
Digər partiyaların nəticələri 5 faizlik seçki baryerindən aşağıdır. Təqaüdçülər Partiyası 2,05 faiz, Rusiya Ekoloji Partiyası “Zelyonıye” 0,94 faiz, “Kommunisti Rossii” 0,89 faiz, “Rodina” 0,62 faiz, Birbaşa Demokratiya Partiyası isə 0,33 faiz səs əldə edib.
Qubernator seçkilərində də ilkin nəticələr açıqlanmağa başlayıb. Tver vilayətində Vitali Korolyov 92,05 faiz, Ulyanovsk vilayətində Aleksey Russkix 79,06 faiz, Belqorod vilayətində Aleksandr Şuvayev 69,07 faiz, Tıva rəhbəri Vladislav Xovalıq 94,20 faiz, Bryansk vilayətində Yeqor Kovalçuk 72,52 faiz, Mordoviyada Artem Zdunov 96,55 faiz, Penza vilayətində isə Oleq Melnichenko 86,89 faiz səs toplayıb.
Səslərin hesablanması davam edir. Seçkilərin yekun və təsdiqlənmiş nəticələri bütün protokolların işlənməsindən sonra Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanacaq.
Seçkilərdə seçici fəallığının 56,57 faiz təşkil etdiyi bildirilir.
23:42 20.09.2026
Oxunuş sayı: 62