Moskvaya hücum cəhdi uğursuz olub
Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin 19–20 sentyabr tarixlərində keçirilən Dövlət Dumasına seçkiləri pozmaq məqsədilə kütləvi PUA hücumu həyata keçirməyə cəhd etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, hücum zamanı “Flamingo” qanadlı raketlərindən də istifadə olunub və onların hamısı Moskva vilayətinin mülki obyektlərinə yaxınlaşarkən hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Rusiya Müdafiə Nazirliyi son 24 saat ərzində 1 951 PUA və 8 qanadlı raketin vurulduğunu açıqlayıb. Bildirilib ki, raketlərdən biri yaşayış olmayan əraziyə düşüb.
Nazirlik həmçinin Ukraynanın mülki infrastruktura hücumlarına cavab olaraq Kiyevdəki hərbi obyektlərə zərbələrin gücləndiriləcəyini bəyan edib.
20:55 20.09.2026
Oxunuş sayı: 47