Aİ-dən Kanada ilə bağlı gözlənilməz təklif
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Kanadanın Avropa İttifaqının assosiativ üzvü olmasını təklif edib.
Crossmedia.az xəbər verir ki, “POLITICO” bu barədə məlumat yayıb.
Fon der Lyayen bu təklifi 2026-cı il üzrə “İttifaqın vəziyyəti” çıxışında səsləndirib. Onun təşəbbüsü Brüsseldə diqqət çəkib.
Avropa Parlamentinin Prezidenti Roberta Metsola isə bu ideyanı dəstəkləyərək Avstraliya və Yeni Zelandiyanın da Aİ-nin assosiativ üzvlüyünə namizəd ola biləcəyini bildirib.
“POLITICO” qeyd edir ki, assosiativ üzvlük hazırda yalnız siyasi təklif kimi nəzərdən keçirilir və bu statusun hüquq və öhdəlikləri hələ dəqiq müəyyən edilməyib.
20:45 20.09.2026
Oxunuş sayı: 45