Bryanskda 7 seçki komissiyasının binasına ziyan dəyib
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Bryansk vilayətinə erkən səsvermə zamanı hücum edib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə vilayətin seçki komissiyasının sədri Yelena Annenkovaya istinadən məlumat yayıb.
Annenkovanın sözlərinə görə, hücum nəticəsində vilayətin sərhədyanı rayonlarında yerləşən 7 məntəqə seçki komissiyasının binasına ziyan dəyib.
Komissiya əməkdaşları təcili şəkildə ehtiyat binalara təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
20:09 20.09.2026
Oxunuş sayı: 45