Çexiyanın baş naziri Avropanı Ukrayna siyasətinə görə tənqid edib
Çexiyanın Baş naziri Andrey Babiş Avropanın Ukrayna münaqişəsinə yanaşmasını kəskin tənqid edərək, Avropanın sülh danışıqlarının aparılmasında aciz qaldığını bildirib.
Crossmedia.az xəbər verir ki, Ria novosti bu barədə məlumat yayıb.
Babiş sosial şəbəkələrdə yayımladığı video müraciətdə Avropanın vəziyyətini “dəhşətli impotensiya” ifadəsi ilə xarakterizə edib və müharibənin mümkün qədər tez başa çatdırılması üçün mübarizə aparacağını deyib.
Çexiyanın baş naziri Qərbi hərbi ritorikadan istifadə etməkdə ittiham edib. Onun sözlərinə görə, Avropa İttifaqında çoxları müharibədən danışır, lakin sülh danışıqlarının aparılmasını istəmir.
Babiş Avropanın münaqişənin ən qısa zamanda başa çatdırılması üçün mümkün olan bütün addımları atmalı olduğunu vurğulayıb.
19:43 20.09.2026
Oxunuş sayı: 44