Atlantada restoranın havalandırma sistemində kişinin meyiti tapılıb
ABŞ-nin Atlanta şəhərində restoran əməkdaşları havalandırma sistemində 37 yaşlı kişinin meyitini aşkar ediblər.
Crossmedia.az xəbər verir ki, “People” bu barədə məlumat yayıb.
Hadisə sentyabrın 14-də Walter’s Soul Food Cafe restoranında baş verib. Restoranın əməkdaşı havalandırma sistemində kişinin başını və qollarını görərək həmkarlarını çağırıb və polisə məlumat verib.
Meyitin 37 yaşlı Terrika Myersə məxsus olduğu müəyyənləşdirilib. Hadisə yerinə gələn xilasedicilər kişinin öldüyünü təsdiqləyiblər.
Polis ilkin olaraq ölüm hadisəsində kənar müdaxilə əlamətləri aşkar etməyib. Myersin havalandırma sisteminə necə daxil olduğu və ölümünün səbəbi ilə bağlı araşdırma davam edir.
16:04 20.09.2026
Oxunuş sayı: 49