İsveçrədə Rusiya seçkilərində səsvermə sistemi ilə bağlı nasazlıq yaranıb
İsveçrədə Rusiya Dövlət Dumasına seçkilər zamanı səsvermədə ikiqat səsvermənin qarşısını alan “Stop-dubl” sistemində nasazlıq qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” bu barədə məlumat yayıb.
Məlumata görə, Cenevrədəki 8335 saylı seçki məntəqəsində sistemin işində kütləvi xarakter daşıyan nasazlıq baş verib. Məntəqədəki mənbələr bunun xarici müdaxilə ilə bağlı ola biləcəyini ehtimal ediblər.
Hadisənin digər detalları açıqlanmayıb. “Stop-dubl” sistemi seçkilər zamanı bir şəxsin bir neçə dəfə səs verməsinin qarşısını almaq üçün istifadə olunur.
Rusiya Dövlət Dumasına seçkilərdə səsvermə sentyabrın 18-dən 20-dək keçirilir. Seçkilərin nəticələrinin oktyabrın 5-dən gec olmayaraq açıqlanması planlaşdırılır.
15:55 20.09.2026
Oxunuş sayı: 55