İnəyini axtarmağa getdi, faciəli şəkildə öldü
Rusiyanın Tomsk vilayətində iki yerli sakin meşədə yırtıcı heyvanın hücumuna məruz qalaraq ölüb.
Crossmedia.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Tomsk vilayəti üzrə idarəsi bu barədə məlumat yayıb.
Hadisə Sever kəndi yaxınlığında baş verib. 44 yaşlı kişi fermasından bir inəyin itdiyini görərək onu axtarmaq üçün meşəyə gedib. Burada ona yırtıcı heyvan hücum edib.
Növbəti gün mərhumun 46 yaşlı tanışı onu axtarmaq üçün meşəyə yollanıb. O da yırtıcı heyvanın hücumuna məruz qalaraq həyatını itirib.
Daha sonra hər iki şəxsin meyiti hadisə yerində aşkarlanıb. Hücum edən yırtıcı heyvan zərərsizləşdirilib.
Hazırda Rusiya İstintaq Komitəsinin əməkdaşları hadisənin bütün hallarını araşdırırlar.
13:16 20.09.2026
Oxunuş sayı: 41