Makron Trampa: Sen-Pyer və Mikelon Fransaya məxsusdur
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın paylaşdığı xəritədə Sen-Pyer və Mikelon arxipelaqının ABŞ ərazisi kimi göstərilməsinə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, “20 Minutes” bu barədə məlumat yayıb.
Makron Fransanın bu dənizaşırı ərazisinə səfəri zamanı Sen-Pyer və Mikelonun Fransaya məxsus olduğunu vurğulayıb.
“Sen-Pyer və Mikelon Fransanındır. Bu, açıq-aşkar ortadadır”, – deyə Makron bildirib.
Fransa Prezidenti əlavə edib ki, bəzi insanların “qəribə fikirləri” yaranır deyə bu həqiqəti hər səhər təkrarlamaq niyyətində deyil.
İki günlük səfər geosiyasi xarakter daşıyır. Makron səfər çərçivəsində Sen-Pyerdə Kanada Baş naziri Mark Karnini qəbul edəcək. Bu, Karninin Kanada sahillərindən cəmi bir neçə kilometr məsafədə yerləşən arxipelaqa ilk səfəri olacaq.
“Bu, güclü siqnal göndərir”, – deyə Makron qeyd edib.
11:58 20.09.2026
Oxunuş sayı: 42