Tramp Yaxın Şərqdəki vəziyyət fonunda səfərini yarımçıq saxlayıb
ABŞ Prezidenti Donald Tramp Merilend ştatındakı Kemp-Devid iqamətgahından planlaşdırıldığından əvvəl ayrılaraq Vaşinqtona qayıdıb.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Ağ Evin mətbuat korpusu Trampın Vaşinqtondakı iqamətgahına qayıtdığını açıqlayıb. Halbuki ABŞ Prezidentinin iş qrafikində səfərin sentyabrın 20-də axşam başa çatması nəzərdə tutulmuşdu.
Trampın ətrafı qrafikdəki dəyişikliyin səbəbini açıqlamayıb. ABŞ mediası səfərin yarımçıq dayandırılmasını Yəmən husilərinin Ər-Riyada endirdiyi zərbə ilə əlaqələndirir.
“Fox News” isə Trampın İrandan müharibənin dayandırılması ilə bağlı şərtlərin ötürülməsi səbəbindən Vaşinqtona qayıtmış ola biləcəyini ehtimal edib.
11:42 20.09.2026
Oxunuş sayı: 45