Şimali Koreya Yapon dənizi istiqamətində naməlum sursat buraxıb
Şimali Koreya ordusunun Yapon dənizi istiqamətində naməlum sursat buraxdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, “Yonhap” Cənubi Koreya Silahlı Qüvvələrinə istinadən bu barədə məlumat yayıb.
Cənubi Koreya Baş Qərargah Rəisləri Komitəsi Şimali Koreyanın sursat buraxdığını təsdiqləsə də, insidentlə bağlı ətraflı məlumat verməyib. Bildirilir ki, sursat Yapon dənizi istiqamətində buraxılıb.
Qeyd olunur ki, ötən həftə Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə qısa mənzilli ballistik raket buraxıb.
Məlumata görə, həmin təlim xarakterli raket buraxılışlarının Cənubi Koreya, ABŞ və Yaponiyanın üçtərəfli hərbi təlimlərinə etiraz məqsədi daşıdığı hesab edilir.
11:16 20.09.2026
Oxunuş sayı: 46