Moskvada uçuşlara məhdudiyyət qoyuldu
Moskvanın Vnukovo, Şeremetyevo, Domodedovo və Jukovski hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Crossmedia.az xəbər verir ki, Vnukovo hava limanının mətbuat xidməti bu barədə məlumat yayıb.
Məhdudiyyətlərin uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunduğu bildirilib. Şeremetyevo hava limanında da hava məkanının perimetri daxilində müvəqqəti məhdudiyyətlər qüvvəyə minib. Uçuşların müvafiq qurumlarla razılaşdırılaraq həyata keçirildiyi qeyd olunub.
Hazırda Domodedovo və Jukovski hava limanlarında da təyyarələrin qəbulu və yola salınmasına məhdudiyyətlər tətbiq edilir.
Məlumata görə, sentyabrın 20-nə keçən gecə Moskva pilotsuz uçuş aparatlarının kütləvi hücumuna məruz qalıb. Paytaxta yaxınlaşan ərazidə 151 dronun vurulduğu bildirilib.
Məhdudiyyətlər səbəbindən uçuşlarda gecikmələr və ləğvlər baş verə bilər. Gecikmənin müddətindən və səbəbindən asılı olaraq aviaşirkətlər sərnişinlərə içki, qida, hotel və transfer kimi xidmətlər göstərməlidir.
09:07 20.09.2026
Oxunuş sayı: 46