Rusiya ordusu Donetskdən iki yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb
Rusiya Müdafiə Nazirliyi “Mərkəz” qoşun qruplaşmasının Donetsk vilayətində Qulevo və Maryevka yaşayış məntəqələrini ələ keçirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, 30-cu və 35-ci motoatıcı briqadaların hücum bölmələri qeyri-standart taktikalardan istifadə edərək əməliyyat keçirib.
Rusiya tərəfinin bildirdiyinə görə, pilotsuz sistemlər və artilleriya bölmələrinin dəstəyi ilə hücum qrupları yaşayış məntəqələrinə yaxınlaşaraq Ukrayna Silahlı Qüvvələrinin atəş mövqelərini və müşahidə məntəqələrini məhv edib.
Daha sonra hər iki yaşayış məntəqəsinin müxtəlif istiqamətlərdən mühasirəyə alındığı və zərbə PUA-larının dəstəyi ilə ev-ev irəliləyərək Ukrayna hərbçilərindən təmizləndiyi bildirilib.
Rusiya Müdafiə Nazirliyi hücumların həm qurudan, həm də havadan aparıldığını və bunun qarşı tərəfin atəşin hansı istiqamətdən açıldığını müəyyənləşdirməsini çətinləşdirdiyini qeyd edib.
23:27 19.09.2026
Oxunuş sayı: 45