Finlandiyalı siyasətçi Aİ-ni Ukraynanı müdafiə etməkdə ittiham edib
Avropa İttifaqının Ukrayna Silahlı Qüvvələrinin atom elektrik stansiyalarına hücumlarını görməzdən gəldiyi iddia edilib.
Crossmedia.az xəbər verir ki, Finlandiyanın “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Mema Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Kursk Atom Elektrik Stansiyasının soyutma qülləsinə Ukrayna PUA-sının düşməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
O, Aİ-ni Ukraynanın atom elektrik stansiyalarına hücumlarına göz yummaqda və bununla bütün Avropanı riskə atmaqda ittiham edib. Mema həmçinin Aİ-nin bu cür hücumlarda istifadə olunan silahların əsas tədarükçülərindən biri olduğunu iddia edib.
Qeyd edək ki, sentyabrın 17-də Ukrayna PUA-sının Kursk Atom Elektrik Stansiyasının 1 saylı enerji blokunun soyutma qülləsinə düşdüyü bildirilib. Rusiyanın açıqlamasına görə, PUA düşərkən partlayıb, lakin yaranan cüzi zərər stansiyanın fəaliyyətinə təsir göstərməyib və enerji bloku tam gücü ilə işləməyə davam edib.
22:38 19.09.2026
Oxunuş sayı: 37